SuretBiz
AzərbaycancaEnglish

Məxfilik siyasəti

Qüvvəyə minmə tarixi: 23 oktyabr 2026

Bu siyasət SuretBiz platformasının (suretbiz.com saytı və SuretBiz Android tətbiqi) istifadəçilərinin — kuryerlərin və tərəfdaş restoranların — şəxsi məlumatlarının necə toplandığını, istifadə edildiyini və qorunduğunu izah edir. Platformanın sahibi və məlumatlara cavabdeh şəxs: Dayandur Hümbətov, Azərbaycan Respublikası. Əlaqə: [email protected], +994 70 524 98 66.

1. Hansı məlumatları toplayırıq

MəlumatKimdənNə üçün
Ad, soyad, mobil nömrəKuryer, restoranHesab yaratmaq, sifariş zamanı tərəflərin bir-biri ilə əlaqəsi
Gmail ünvanı (Google ilə giriş)Kuryer, restoranHesaba giriş, xidmət məktubları
Restoranın adı və ünvanı, xəritədəki yeriRestoranSifarişi ən yaxın kuryerlərə göndərmək, kuryeri restorana yönəltmək
Dəqiq yer (GPS)KuryerYaxınlıqdakı sifarişləri göstərmək, məsafəni və ödənişi hesablamaq, restorana kuryerin yolunu göstərmək
Sifariş məlumatları (ünvanlar, məbləğlər, vaxtlar, status)Kuryer, restoranSifarişin icrası, hesabatlar, mübahisələrin həlli
Çat mesajları, səsli mesajlar, göndərilən fayllarKuryer, restoran, dəstəkSifariş və dəstək yazışmaları
Səsli zənglər və konfranslarKuryer, restoran, operatorTətbiq daxilində əlaqə. Operatorun keçirdiyi konfranslar keyfiyyət və mübahisələrin həlli üçün yazıya alına bilər — iştirakçılara bu barədə əvvəlcədən bildirilir
Cihaz identifikatoru, tətbiq versiyası, bildiriş tokeniKuryer, restoranBildiriş göndərmək, saxta GPS və fırıldaqçılığa qarşı qorunma, yeniləmə təklifi

Biz reklam üçün məlumat toplamırıq, məlumatları satmırıq və reklam şəbəkələri ilə paylaşmırıq. Ödəniş kartı məlumatları platformada saxlanmır.

2. Yer məlumatı və arxa plan

Kuryer «İşdəyəm» rejimini açanda tətbiq kuryerin dəqiq yerini toplayır — tətbiq bağlı və ya ekran sönülü olanda da. Bu, yaxınlıqdakı sifariş təkliflərinin kuryerə vaxtında gəlməsi və qəbul olunmuş sifarişdə restoranın kuryerin yolunu görməsi üçün zəruridir. Bu müddətdə telefonda daim bildiriş görünür. Kuryer «İşdəyəm» rejimini söndürəndə yerin toplanması dayanır. Qəbul edilmiş sifariş zamanı kuryerin yeri yalnız həmin sifarişin restoranına göstərilir. Yer məlumatı reklam üçün istifadə edilmir.

3. Mikrofon

Mikrofon yalnız istifadəçi özü səsli mesaj yazanda, zəng edəndə və ya konfransa qoşulanda istifadə olunur.

4. Məlumatları kimlərlə paylaşırıq

5. Saxlama müddəti və silinmə

Məlumatlar hesab aktiv olduğu müddətdə saxlanır. İstifadəçi hesabını istənilən vaxt silə bilər: tətbiqdə və ya saytda Profil → «Hesabı silmək». Silinmə ilə bağlı ətraflı məlumat: suretbiz.com/hesabi-sil.html. Silinmə sorğusunu e-poçtla da göndərmək olar — sorğu 30 gün ərzində icra olunur.

6. Təhlükəsizlik

Məlumatlar şifrələnmiş bağlantı (HTTPS) ilə ötürülür. Hər istifadəçi yalnız öz məlumatlarına və iştirak etdiyi sifarişlərə çıxış əldə edir; giriş qaydaları server tərəfində yoxlanılır.

7. Uşaqlar

Platforma 18 yaşdan kiçik şəxslər üçün nəzərdə tutulmayıb və onlardan bilərəkdən məlumat toplamır.

8. Hüquqlarınız

Siz məlumatlarınızla tanış olmaq, onları düzəltmək və ya silinməsini tələb etmək hüququna maliksiniz. Bunun üçün [email protected] ünvanına yazın.

9. Dəyişikliklər

Bu siyasət yenilənərsə, yeni versiya bu səhifədə tarixi ilə dərc olunur.

Privacy Policy

Effective date: 23 October 2026

This policy explains how SuretBiz (the suretbiz.com website and the SuretBiz Android app) collects, uses and protects personal data of its users — couriers and partner restaurants. Data controller: Dayandur Humbatov, Republic of Azerbaijan. Contact: [email protected], +994 70 524 98 66.

Data we collect

Background location

When a courier turns on "İşdəyəm" (On duty), the app collects precise location even when the app is closed or not in use, so that nearby delivery offers reach the courier in time and the restaurant can follow the courier during an accepted order. A persistent notification is shown during this time. Collection stops when the courier turns "On duty" off. Location is never used for advertising.

Sharing

We do not sell personal data and do not use it for advertising. Data is shared only with the other party of an accepted order, with service providers that operate the platform (Google Firebase, Google Apps Script/Gmail, Cloudflare, OpenStreetMap/OSRM), or when required by law.

Retention and deletion

Data is kept while the account is active. Users can delete their account at any time in the app or website: Profile → "Hesabı silmək" (Delete account), or by emailing [email protected]; requests are completed within 30 days. Details: suretbiz.com/hesabi-sil.html.

Security, children, changes

Data is transmitted over HTTPS and access is restricted by server-side rules. The service is not intended for persons under 18. Changes to this policy are published on this page with a new date.